Bakıda mənzildə bir nəfərin meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ötən gün 2 nəfərin meyiti tapılıb - FHN
Mənbə bildirir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Adıgözəlova Lalə Xosrov qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media