Müdafiə Nazirliyindən mina xəritələri ilə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən mina xəritələri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Müdafiə Nazirliyindən mina xəritələri ilə bağlı AÇIQLAMA

25464

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, o,açıqlamasında hazırda mütəxəssislərin xəritələrin tam təhlilini apardığını deyib.

“Eyni zamanda, bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir.
 

MÖVZU İLƏ BAĞLI:

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı


Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir.

Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək", deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO