Bakıda sosial şəbəkə vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirən şəxslər saxlanılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar.
Onlardan ümumilikdə iki kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib.
Həmin şəxslər sosial şəbəkə vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər.
Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən, paytaxtda yerləşən müxtəlif hotellərdə gecələdiyi müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:24 / 13.06.2025
Sosial şəbəkələrdə narkotik satan şəxslər SAXLANILDI - VİDEO
Hazırda oxunan: Sosial şəbəkələrdə narkotik satan şəxslər SAXLANILDI - VİDEO
Hazırda oxunan: Sosial şəbəkələrdə narkotik satan şəxslər SAXLANILDI - VİDEO
254588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.