“Son Zəng”lə bağlı XƏBƏRDARLIQ – Bu qaydalara riayət EDİN!

“Son Zəng”lə bağlı XƏBƏRDARLIQ – Bu qaydalara riayət EDİN!

Hazırda oxunan: “Son Zəng”lə bağlı XƏBƏRDARLIQ – Bu qaydalara riayət EDİN!

254500

Daxili İşlər Nazirliyi “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.
 

Bildirilib ki, iyunun 14-də ümumtəhsil müəssisələrində “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görüləcək.


Tədbirlərin keçiriləcəyi məktəblərin ətrafında polis naryad qruplarının sayı artırılacaq, ictimai asayişin qorunması və məzunların avtomobillərlə hərəkəti zamanı qayda pozuntularının qarşısının alınması məqsədilə nəzarət gücləndiriləcək.

Yollarda süni tıxacların yaranmaması, dayanma-durma və parklanma qaydalarına əməl olunması üçün DYP əməkdaşları gücləndirilmiş rejimdə çalışacaq:

"Bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edirik. Valideynlərə çağırış edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil idarə etməyə icazə verməsinlər. Məzunları isə ictimai davranış qaydalarına ciddi riayət etməyə və sevincli günlərini təhlükəsiz şəkildə keçirməyə səsləyirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO