Masallıda dəhşətli qəza - Piyada yerindəcə HƏYATINI İTİRDİ - FOTO

Masallıda dəhşətli qəza - Piyada yerindəcə HƏYATINI İTİRDİ - FOTO

Hazırda oxunan: Masallıda dəhşətli qəza - Piyada yerindəcə HƏYATINI İTİRDİ - FOTO

254498

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 131-ci kilometrliyində, Masallı ərazisindən keçən hissədə baş verib.

Lerikin Pirasora kənd sakini, 1959-cu il təvəllüdlü Teyyub Balağa oğlu Bağırovun idarə etdiyi "Nissan" markalı avtomobil qarşı tərəfə keçmək istəyən piyadanı vurub.
 

Piyada Mustafayev Elçin Zakir oğlu aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.


Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO