“Ukraynanın NATO-ya daxil olması Rusiya ilə birbaşa münaqişəyə səbəb olacaq” - Orban

“Ukraynanın NATO-ya daxil olması Rusiya ilə birbaşa münaqişəyə səbəb olacaq” - Orban

Hazırda oxunan: “Ukraynanın NATO-ya daxil olması Rusiya ilə birbaşa münaqişəyə səbəb olacaq” - Orban

254419

“Ukrayna Aİ-yə daxil ola bilməyəcək, çünki o, indiki formada icmaya son qoyacaq”.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

“Ukraynanın artıq öz vəsaiti yoxdur, ona görə də Avropa ölkələri Ukraynanın pensiyalarını, dövlət sektoru işçilərinin maaşlarını və Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməli olacaqlar”, - Orban deyib.

Macarıstanın baş naziri həmçinin bəyan edib ki, Ukraynanın NATO-ya daxil olması mümkün deyil, çünki bu, Alyansla Rusiya arasında birbaşa münaqişəyə səbəb olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO