Bu konfetləri yeməyin!

Bu konfetləri yeməyin!

Hazırda oxunan: Bu konfetləri yeməyin!

254368

Britaniyada məşhur “Jolly Rancher” konfetləri ilə bağlı təcili geri çağırış elan edilib.

Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, buna səbəb tərkibində xərçənglə əlaqələndirilən maddələrin tapılmasıdır.

Qida Standartları Agentliyinin (FSA) məlumatına görə “Hard Candy”, “Misfits Gummies”, “Hard Candy Fruity 2 in 1” və “Berry Gummies” məhsulları təhlükəlidir və yemək olmaz. Bu məhsullar “Hershey” şirkəti tərəfindən istehsal olunur.

Konfetlərin tərkibində MOAH (Aromatik mineral yağ karbohidrogenləri) və MOSH (Doymuş mineral yağ karbohidrogenləri) adlı maddələr aşkarlanıb. Bu kimyəvi maddələr xam neftdən alınır və qaraciyər, limfa düyünləri xərçəngi kimi ciddi xəstəliklərlə əlaqələndirilir.

Agentlik bildirir ki, artıq yeyənlər təşvişə düşməməlidir, çünki risk aşağıdır, amma konfetlər atılmalı və bir daha yeyilməməlidir.

Amerikalı Hershey şirkəti bu məhsulları Britaniya bazarından geri çəkib, amma bəziləri hələ də bəzi mağazalarda satılmağa davam edir, çünki digər satıcılar onları idxal edir.

Qurum həmin satıcılara satışı və idxalı dərhal dayandırmaq çağırışı edib. İstehlakçılara isə bu məhsulları almamaq və yeməmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO