İyun ayında Azərbaycanın bəzi bölgələrinə – Quba, Kəlbəcər və Şahdağa qar yağması narahatlıq doğurub. Vətəndaşlar bu halın təbiətə, təsərrüafata ziyan vurduğunu və bunun yaxşı əlamət olmadığını bildirirlər.
İyunda qarın yağması nə ilə əlaqədardır?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan ekoloq-alim Telman Zeynalovun sözlərinə görə, yaz və yay aylarında qarın yağması normal deyil:
“Hazırda dünyada iqlim dəyişiklikləri müşahidə olunur. Hava həm soyuyur, həm də istiləşir. Bu gün soyuma mərhələsindəyik və bu tendensiyanın yaxın gələcəkdə davam edəcəyi gözlənilir”.
Alim bildirib ki, yayda yağan qar təbiətlə yanaşı, insan sağlamlığına da zərər verir:
“Ağaclar çiçək açıb, meyvə yetişibsə, bu zaman qar və şaxta məhsulu məhv edir. Bu isə kənd təsərrüfatına və ümumilikdə iqtisadiyyata ciddi zərbə vurur. Digər tərəfdən, birdən-birə yağan qar soyuqdəymə və digər xəstəliklərə səbəb olur, bu da əlavə dərman xərclərinə gətirib çıxarır. Beləliklə, həm sağlamlıq, həm də ailə büdcəsi ziyan görür”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:42 / 12.06.2025
Hava ilə bağlı vəziyyət dəyişir – Kəskin soyuma başladı
Hazırda oxunan: Hava ilə bağlı vəziyyət dəyişir – Kəskin soyuma başladı
Hazırda oxunan: Hava ilə bağlı vəziyyət dəyişir – Kəskin soyuma başladı
254329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.