Məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli yaşayış binalarının tikinti prosedurları sadələşdirilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Təklif edilən dəyişikliyə görə, rəyin bildirilməsi üçün sorğunun göndərilməsi ilə bağlı tələb təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli yaşayış binasının tikinti layihəsinə şamil edilmir.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:10 / 12.06.2025
ŞAD XƏBƏR – Tikinti prosedurları SADƏLƏŞDİRİLİR
Hazırda oxunan: ŞAD XƏBƏR – Tikinti prosedurları SADƏLƏŞDİRİLİR
Hazırda oxunan: ŞAD XƏBƏR – Tikinti prosedurları SADƏLƏŞDİRİLİR
254309
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.