Şam işığında UĞUR – Xınalıq məktəblisi repetitorsuz yüksək nəticə GÖSTƏRDİ - FOTO

Şam işığında UĞUR – Xınalıq məktəblisi repetitorsuz yüksək nəticə GÖSTƏRDİ - FOTO

Hazırda oxunan: Şam işığında UĞUR – Xınalıq məktəblisi repetitorsuz yüksək nəticə GÖSTƏRDİ - FOTO

254308

Xınalıq məktəblisi Arzu Əhmədova buraxılış və qəbul imtahanlarında repetitor yanına getmədən 447 bal toplayıb.

Bizim.Media-nın yerli bürosuna danışan atası Namiq Əhmədov deyir ki, qızı Arzu filoloq olmaq istəyir. “Arzu repetitor yanına getməyib, bütün öyrəndiklərini Rüfət Kəlbiyev adına Xınalıq kənd internat tipli tam orta məktəbdə əldə edib. Yalnız arada qonşuluqda yaşayan ədəbiyyat müəllimi Yunis müəllimin evinə gedib, bəzi bilgilər alıb. Əsasən ədəbiyyatı məktəbdə dərs zamanı öyrənib.

Namiq Əhmədovun sözlərinə görə şəraitli evi olsaydı, Arzu daha yüksək nəticə əldə edə bilərdi:

“Kirayədə yaşadığımız evin darısqal olması Arzuya çox çətinlik yaratdı. Üstəlik aprelin 17-dən, yəni təbii fəlakətdən sonra işıqlarımız iki aya yaxın yanmadı. Arzu gecələr şam işığında, 5 nəfər ailə üzvü ilə birgə bir otaqda qəbul imtahanına hazırlaşdı”.

Bununla belə Əhmədovlar ailəsi Arzunun qəbul imtahanında göstərdiyi nəticədən razıdır.

Çətinliklərə rəğmən onun tələbə olmaq şansını qazanması valideynlərinin sevincinə səbəb olub.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO