Beynəlxalq Təhsil Mərkəzinin şagirdi TR-YÖS imtahanında maksimum BAL TOPLADI

Beynəlxalq Təhsil Mərkəzinin şagirdi TR-YÖS imtahanında maksimum BAL TOPLADI

Hazırda oxunan: Beynəlxalq Təhsil Mərkəzinin şagirdi TR-YÖS imtahanında maksimum BAL TOPLADI

254265

Beynəlxalq Təhsil Mərkəzinin istedadlı şagirdi Əhəd Səmədzadə 2025-ci il TR-YÖS (Türkiyə Yabancı Öğrenci Sınavı) imtahanında möhtəşəm uğura imza atıb.

Bizim.Media xəbər verir ki, o, mümkün maksimum göstərici olan 500 bal toplayıb.

Bu nəticə ilə Əhəd Səmədzadə, beynəlxalq tələbələr üçün təşkil olunan ən çətin imtahanlardan biri sayılan TR-YÖS-də həm ölkə, həm də beynəlxalq səviyyədə ən yüksək nəticəni əldə edən şagirdlər sırasında lider mövqeyə yüksəlib.

500 bal nəticəsi — təkcə akademik bilik deyil, sistemli hazırlıq, ciddi zəhmət və strateji düşüncə qabiliyyətinin nəticəsidir.

Əhədin bu nəticəsi onu Türkiyənin ən prestijli universitetlərində tam təqaüdlə təhsil almaq imkanı ilə bir addım daha irəli daşıyır.

Əhəd Səmədzadənin bu uğuru onun akademik potensialının və zəhmətinin göstəricisi olmaqla yanaşı, Beynəlxalq Təhsil Mərkəzinin hazırlıq sisteminin effektivliyini də sübut edir.

“Əhədin uğuru təsadüf deyil - bu, illərlə qurulan bir sistemin, güvənli təlimin və tələbəmizin yorulmaz əzminin nəticəsidir,” — deyə Beynəlxalq Təhsil Mərkəzinin rəhbərliyi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO