DİM sədri nəticələrdən gileyləndi: “Bilikli müəllimlərimiz çatışmır” - VİDEO

DİM sədri nəticələrdən gileyləndi: “Bilikli müəllimlərimiz çatışmır” - VİDEO

Hazırda oxunan: DİM sədri nəticələrdən gileyləndi: “Bilikli müəllimlərimiz çatışmır” - VİDEO

254258

“Bilikli müəllimlərimiz çatışmır”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Baku TV”yə müsahibəsində deyib.

DİM sədri abituriyentləri mütləq repetitor yanında imtahana hazırlaşmağa səsləyənlərdən bəhs edib. Bildirib ki, şagirdin uğurlu olması bilavasitə onun özündən asılıdır:

“Biz deyə bilmərik ki, məktəblərdə tam şəkildə individual yanaşma var. Yoxdur. Bir sinifdə 35 bəzən isə daha artıq şagird olur. Mümkündür ki, bunu tədris zamanı müəllim təmin etsin? Biz müəllimlərin imtahan nəticələrini də görürük. Və görürük ki, elə bilikli müəllimlər çatışmır. Düzdür, su yavaş-yavaş açılır, bulantısı gedir. Amma müəyyən adamlar yenə də çalışırlar ki, suyu bulandırsınlar. Çünki onlar bulanıq suda öz balıqlarını tutmağa çalışırlar”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO