3 gün əvvəl qəzada xəsarət alan sürücü vəfat etdi - FOTO

3 gün əvvəl qəzada xəsarət alan sürücü vəfat etdi - FOTO

Hazırda oxunan: 3 gün əvvəl qəzada xəsarət alan sürücü vəfat etdi - FOTO

254241

Üç gün əvvəl Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan sürücü vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən VAZ markalı avtomobilin sürücüsü Eşqin İsmayılov bu gün axşam saatlarında bütün tibbi müdaxiləyə rəğmən vəfat edib.

Qeyd edək ki, qəza zamanı Güllük kənd sakinləri olan İsmayılovlardan üç nəfər - ata, ana və oğlanları müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar.

Onların vəziyyəti kafidir və həyatları üçün təhlükə yoxdur.

Xatırladaq ki, Güllük kəndi ərazisində sərt döngədə zəncirvarı qəza zamanı “Hyundai”, “Honda” və “Vaz -2106” markalı avtomobillər toqquşmuşdu.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO