İyunun 10-da daxil olmuş müraciətlər əsasında aparılan araşdırmalar zamanı bir sıra şəxslərin bank hesablarından qanunsuz olaraq pul vəsaitlərinin çıxarıldığı müəyyən edilib. Oğurluq faktları üzrə 1141, 500, 400, 336, 132 AZN və 1113 ABŞ dolları məbləğlərinin ələ keçirildiyi müəyyən olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edib:
"Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır.
Vətəndaşlara bir daha xatırladılır ki:
— Bank kartlarının CVV/CVC kodu, istifadə müddəti, və SMS-lə göndərilən OTP şifrələri (birdəfəlik şifrələr) mütləq şəkildə məxfi saxlanmalıdır.
— Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkündür.
Vətəndaşlara tövsiyə edirik ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin, heç bir halda şəxsi və maliyyə məlumatlarınızı paylaşmayın, şübhəli ünsiyyət halında əlaqəni dərhal kəsin və nömrəni bloklayın".
Qeyd edilib ki, bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:14 / 11.06.2025
DİN-dən növbəti ÇAĞIRIŞ: “Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin!”
Hazırda oxunan: DİN-dən növbəti ÇAĞIRIŞ: “Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin!”
Hazırda oxunan: DİN-dən növbəti ÇAĞIRIŞ: “Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin!”
254110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.