Məktəbliyə qarşı əxlaqsızlıq edən yeniyetmə məhkəmə zalında HƏBS EDİLDİ

Məktəbliyə qarşı əxlaqsızlıq edən yeniyetmə məhkəmə zalında HƏBS EDİLDİ

Hazırda oxunan: Məktəbliyə qarşı əxlaqsızlıq edən yeniyetmə məhkəmə zalında HƏBS EDİLDİ

254099

Abşeron Rayon Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Uğur Qədirovun (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü o, 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs dərhal məhkəmə zalından həbsə alınıb.


İttihama görə, Uğur Qədirov 24 iyun 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixə kimi olan müddət ərzində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evdə yaşadığı vaxtda mütəmadi olaraq ayrı-ayrı günlərdə razılığı ilə zərərçəkmiş, 2009-cu il təvəllüdlü N.N.-yə (adı, soyadı şərti) qarşı seksual xarakterli hərəkətlər edib.

Bundan başqa, o, 24 iyun 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixə kimi olan müddət ərzində həmin evdə yaşadığı vaxtda mütəmadi olaraq ayrı-ayrı günlərdə zərərçəkmişin razılığı ilə onunla cinsi əlaqədə olub.

Hadisədən sonra Uğur Qədirov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

Qeyd: Uğur Qədirov həmin vaxt Abşeron rayonunda yerləşən orta məktəbin 11-ci sinfini bitirib, qız isə 9-cu sinfi bitirib. Onların arasında sevgi münasibətləri olub. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO