Ağsuda 12 yaşlı qız uşağını ilan sancıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Məmmədlini həyətdə gəzərkən zəhərli ilan sancıb.
Yaxınlarının köməyi ilə dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılan uşağın vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.
Hazırda o, xəstəxananın reanimasiya şöbəsində müşahidə altında saxlanılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:02 / 10.06.2025
12 yaşlı qızı ilan SANCDI
Hazırda oxunan: 12 yaşlı qızı ilan SANCDI
Hazırda oxunan: 12 yaşlı qızı ilan SANCDI
253995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.