Saray körpüsü ilə bağlı iddialara RƏSMİ CAVAB

Saray körpüsü ilə bağlı iddialara RƏSMİ CAVAB

Hazırda oxunan: Saray körpüsü ilə bağlı iddialara RƏSMİ CAVAB

253993

Son günlər bəzi sosial şəbəkə səhifələrində Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və cari ilin mart ayında istifadəyə verilən avtomobil körpüsündə guya çat və çökmələrin olması ilə bağlı məlumatlar yayılır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında bildirilib.

Agentlik rəsmi olaraq bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir və körpüdə hər-hansı problem müşahidə olunmur. Yayılan videodan da aydın görünür ki, problem körpüyə yanaşma yollarındadır.

"Məlumat üçün bildirək ki, agentliyimiz tərəfindən sözügedən ərazidə yalnız yeni körpünün inşası işləri həyata keçirilib, yanaşma yollarında hər hansı bir təmir-bərpa işi icra olunmayıb.

Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub, lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq, mövcud yolun genişləndiriləcəyi nəzərə alınmaqla körpü 4 hərəkət zolaqlı olmaqla inşa edilib.

Onu da bildirək ki, yanaşma yollarının körpüyə uyğun 4 hərəkət zolaqlı olmaqla yenidən qurulması ilə bağlı təkliflər agentliyimiz tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim olunub", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO