İçkili halda qəza törətdi - Sürücülük vəsiqəsi də olmayıb

İçkili halda qəza törətdi - Sürücülük vəsiqəsi də olmayıb

Hazırda oxunan: İçkili halda qəza törətdi - Sürücülük vəsiqəsi də olmayıb

253983

Bərdə rayonunda içkili vəziyyətdə avtomobil qəzası törətməkdə təqsirləndirilən Mətləb Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, prosesdə təqsilrəndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə ötən il martın 9-da Bərdə rayonunun Zümürxan kəndi ərazisində baş verib.

Bərdə şəhərində keçirilən toy məclisində spirtli içki qəbul edən Mətləb Quliyev sürücülük vəsiqəsi olmadığı halda bacısına məxsus VAZ-2107 markalı minik avtomobili ilə Tərtər rayonuna gedərkən idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan Tərtər rayon sakinləri, 1962-ci il təvəllüdlü Mətləb Valeh oğlu Quliyev və sərnişinləri, 1964-cü il təvəllüdlü Nəcibə İsa qızı Həsənova, 1957-ci il təvəllüdlü Qəndilə Həbib qızı Haqverdiyeva və 1958-ci il təvəllüdlü Vüsalə Məmməd qızı Əhmədova xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO