Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyaya başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlik rəsmi "X" sosial media hesabında məlumat yayıb.
"Avstriyanın Qraz şəhərindəki orta məktəbdə günahsız şagird və müəllimlərin həyatına son qoyan faciəli atışma bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Avstriya hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların tez və tam sağalmasını arzu edirik", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, Avstriyada məktəbdə baş verən atışmada 11 nəfər həlak olub, 30-a yaxın insan yaralanıb. Onlardan, ən azı, 4-nün vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:16 / 10.06.2025
Azərbaycan XİN Avstriyaya başsağlığı verdi – FOTO
Hazırda oxunan: Azərbaycan XİN Avstriyaya başsağlığı verdi – FOTO
Hazırda oxunan: Azərbaycan XİN Avstriyaya başsağlığı verdi – FOTO
253981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.