Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.
Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.
M.Mərdanov hazırda xəstəxanada olduğunu təsdiqləyib:
“Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacağam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacağam”.
Qeyd edək ki, M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub. 1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
M.Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:39 / 10.06.2025
Misir Mərdanov xəstəxanaya yerləşdirildi
Hazırda oxunan: Misir Mərdanov xəstəxanaya yerləşdirildi
Hazırda oxunan: Misir Mərdanov xəstəxanaya yerləşdirildi
253972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.