Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 6 il 6 ay azadlıqdan məıhrum edilməsini istəyib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxuyub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur. İttihama görə, C.Cəfərov "102" qaynar xəttinə zəng edərək hotelə partlayıcı maddə qoyulması barədə yalan məlumat verib. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:27 / 10.06.2025
Polisə yalandan “hotelə bomba qoyulub” deyən şəxsə AĞIR CƏZA
Hazırda oxunan: Polisə yalandan “hotelə bomba qoyulub” deyən şəxsə AĞIR CƏZA
Hazırda oxunan: Polisə yalandan “hotelə bomba qoyulub” deyən şəxsə AĞIR CƏZA
253939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.