Şagirdləri Qubaya aparan avtobus yolda yandı - FOTO

Şagirdləri Qubaya aparan avtobus yolda yandı - FOTO

Hazırda oxunan: Şagirdləri Qubaya aparan avtobus yolda yandı - FOTO

25393

Bu gün səhər Bakıdan Qubaya istirahətə gedən şagirdlər və onların valideynlərini aparan avtobus yolda yanıb.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Binəqədi rayonundakı 244 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri valideynləri ilə birgə Qubaya istirahətə gedirmişlər.

Yolda avtobusun motorxanasında yanğın başlayıb, sürücü dərhal avtobusu saxlayaraq sərnişinləri düşürüb.

Quba Rayon İcra Hakimiyyəti şagirdlər üçün başqa avtobus təşkil edib və onları Qubaya aparıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO