Daha bir “BMW” hasara çırpıldı – VİDEO

Daha bir “BMW” hasara çırpıldı – VİDEO

Hazırda oxunan: Daha bir “BMW” hasara çırpıldı – VİDEO

253917

Sabunçu rayonu, Ceyhun Şərifov küçəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxda "BMW" divara çırpıldı - 4 ölü var


Bizim.Media xəbər verir ki, bununla bağlı Fövqalədə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 1962-ci il təvəllüdlü Hüseynov Elçin Əlövsət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xatırladaq ki, ötən həftə Qazaxda da “BMW” markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılmış və 4 nəfər ölmüşdü.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO