Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yaydı, həbs olundu – VİDEO

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yaydı, həbs olundu – VİDEO

Hazırda oxunan: Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yaydı, həbs olundu – VİDEO

253907

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

İdarənin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "VAZ 2107" markalı avtomobilin sürücüsü Mahir Namiq oğlu Məmmədlinin Ələt-Astara magistral avtomobil yolunda ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə dair sübutlar toplanıb.

Araşdırma zamanı məlum olub ki, M.Məmmədli nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edib və həmin təhlükəli hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Onun törətdiyi hərəkətlər digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

Toplanmış materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə Mahir Məmmədli 1 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilib, eyni zamanda 15 sutka inzibati qaydada həbs olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO