DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edib.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə deyilir:
"Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır.
İyunun 9-da vətəndaşların bank hesablarından kiberyolla pul vəsaitlərinin oğurlanması ilə bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb.
Vətəndaşlara bir daha xatırladılır ki:
— Bank kartlarının CVV/CVC kodu, istifadə müddəti, və SMS-lə göndərilən OTP şifrələri (birdəfəlik şifrələr) mütləq şəkildə məxfi saxlanmalıdır.
— Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkündür".
DİN vətəndaşlara tövsiyə edir ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər: "Heç bir halda şəxsi və maliyyə məlumatlarınızı paylaşmayın, şübhəli ünsiyyət halında əlaqəni dərhal kəssin və nömrəni bloklayın".
Qeyd edilib ki, bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:54 / 10.06.2025
DİN-dən əhaliyə MÜRACİƏT - Bu nömrələri dərhal BLOKLAYIN
Hazırda oxunan: DİN-dən əhaliyə MÜRACİƏT - Bu nömrələri dərhal BLOKLAYIN
Hazırda oxunan: DİN-dən əhaliyə MÜRACİƏT - Bu nömrələri dərhal BLOKLAYIN
253902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.