Etibarlılıq bir çox sürücü üçün avtomobil seçərkən olduqca vacib meyardır. Heç kim istəməz ki, maşını tez-tez xarab olsun.
Bizim.Media xəbər verir ki, avtomobil ekspertləri beş ilə qədər sürülən ən etibarsız üç ailə avtomobilini müəyyən ediblər.
Onların sözlərinə görə, bu modellərin sahibləri tez-tez təmir xərcləri üçün pul kisəsini boşalda bilirlər.
Bu reytinqi tərtib etmək üçün ekspertlər işlənmiş ailə avtomobillərinin sahibləri ilə söhbət ediblər. Onlar avtomobillərinin son 12 ayda hansı nasazlıqlar olduğunu söyləyiblər.
3 ən etibarsız işlənmiş ailə avtomobilləri:
1. Volkswagen Golf (dizel mühərrikli)
2. Seat Leon
3. Skoda Octavia
Dizel mühərrikli səkkizinci nəsil Volkswagen Golf ən etibarsız işlənmiş ailə avtomobili olub. Bu modelin kifayət qədər problemi var.
Dizel mühərrikli Volkswagen Golf ilə ən çox rast gəlinən problemlər sürət qutusu/mufta, məlumat-əyləncə sistemi və mühərriklə əlaqəli olmayan elektrik komponentləri olur. Kondisioner və əyləc komponentləri də tez-tez sıradan çıxır. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:51 / 10.06.2025
Bu 3 avtomobil modelini almağa dəymir – Mütəxəssis xəbərdarlığı
Hazırda oxunan: Bu 3 avtomobil modelini almağa dəymir – Mütəxəssis xəbərdarlığı
Hazırda oxunan: Bu 3 avtomobil modelini almağa dəymir – Mütəxəssis xəbərdarlığı
253860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.