Səməd Seyidov oğluna toy edib? - AÇIQLAMA

Səməd Seyidov oğluna toy edib? - AÇIQLAMA

Hazırda oxunan: Səməd Seyidov oğluna toy edib? - AÇIQLAMA

25378

Dünən bütün sosial şəbəkələrdə millət vəkili Səməd Seyidovun oğluna toy etməsi barədə xəbərlər yayılıb.

Bizim.Media xəbər verir ki, yayılan məlumatlara görə, toy məclisi şəhərdəki restoranların birində təşkil olunub. Hətta toyda çoxsaylı qonaqlar da iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Onsuz da TOYLAR olur, bunu sadəcə leqallaşdırmaq lazımdır” – MİLLƏT VƏKİLİ


Yayılan məlumatlara görə, deputatın oğlu Urxan Seyidov “EFES Elçin” kimi tanınan iş adamı, “CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı Nərgiz ilə nikaha daxil olub.

S.Seyidov yerli mətbuata açıqlamasında nigahın baş tutmasını təsdiqləsə də, toyun keçirilməsi barədə yayılan xəbərlərin yalan olduğunu deyib.

“Bir sıra saytlarda oğluma toy etməyim barədə xəbərlər yayılıb, bu doğru deyil. Mən bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib zaks ediblər, ancaq toy məclisi keçirilməyib".

Gənc ailəyə xoşbəxlik diləyirik. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO