Azərbaycanın yeniyetmə fortepianoçusu Londonda beynəlxalq müsabiqənin qalibi oldu - FOTO

Azərbaycanın yeniyetmə fortepianoçusu Londonda beynəlxalq müsabiqənin qalibi oldu - FOTO

Hazırda oxunan: Azərbaycanın yeniyetmə fortepianoçusu Londonda beynəlxalq müsabiqənin qalibi oldu - FOTO

253728

Azərbaycanın yeniyetmə musiqiçisi, Şəki şəhər 3 saylı Uşaq İncəsənət Məktəbinin 6-cı sinfində təhsil alan 13 yaşlı Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən "WORLD TALENT AWARD" beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə ən yaxşı nəticə göstərərək qalib adına layiq görülüb.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a A.Əhmədzadənin yaxınları bildiriblər.

Qeyd edək ki, A.Əhmədzadə Şəki şəhər 8 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir.

O, 6 ildir fortepiano üzrə musiqi təhsili alır. A.Əhmədzadə bundan əvvəl də beynəlxalq müsahibələrin qalibi olub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO