Axşam saatlarında Qax şəhərində qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, motosikletlə “Opel” markalı avtomobil toqquşub.
Nəticədə motosikletin sürücüsü, 25 yaşlı Ruslan Ramazanov və sərnişini, 20 yaşlı Turan Şahmirov xəsarət alıb.
Hər iki yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu