Ağstafada bir ailənin faciəsi - Baba və nənə hasar altında qalıb, ikinci nəvə də...

Ağstafada bir ailənin faciəsi - Baba və nənə hasar altında qalıb, ikinci nəvə də...

Hazırda oxunan: Ağstafada bir ailənin faciəsi - Baba və nənə hasar altında qalıb, ikinci nəvə də...

253678

Ağstafada uşaq ölümü faktı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Qırılı kəndində baş verib.
 

Kənd sakini 2024-cü il təvəllüdlü N.İsamaylıova valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Onun ölüm səbəbi hələlik məlum deyil.


Qeyd edək ki, ötən ilin avqust ayında İsmayılovların övladları 2022-ci il təvəllüdlü G. İsmayılzadə qıc olma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin müayinəsi zamanı G. İsmayılzadənin öldüyü məlum olub.

Xatırladaq ki, bu ailə baba və nənənin faciəvi ölümü ilə də diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO