Nazilə Səfərlidən rüşvət verən valideynlər haqda ÇAĞIRIŞ

Nazilə Səfərlidən rüşvət verən valideynlər haqda ÇAĞIRIŞ

Hazırda oxunan: Nazilə Səfərlidən rüşvət verən valideynlər haqda ÇAĞIRIŞ

253615

Tamada-şairə Nazilə Səfərli sosial şəbəkədə paylaşdığı sərt və qalmaqallı fikirlərlə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, o, təhsil sistemindəki rüşvət olaylarına qarşı müəllimlərin səssizliyini açıq şəkildə hədəfə alıb:

"Yaxşı oxuyan şagirdin valideyni rüşvət verməz! Hər dəfə müəllimləri cəzalandırırlar. Ay müəllimlər, o keçdiyiniz dərslərdən birini də özünüzə keçsəydiniz, valideynlər yığışıb sizə dərs keçməzdi. Rüşvət verən valideynlərə bir müəllim həbs tələbi irəli sürsəydi, bu oyunlar olmazdı. Yəni, mənim ağlıma gələn fikir bir müəllimin ağlına gəlməyib?

Biz uşaq olanda elə bilirdik ki, müəllim yemək yemir, yatmır. İndi uşaqlar sizə rüşvət yedirir, həbsə salır. İnnovasiya budur?

Həbs tələb edin, müəllimlər özləri həmin valideynləri ictimailəşdirsini! Amma yox, göz doymur axı... Rüşvət alan da, verən də, təklif edən də cinayətkardır!".

Xatırladaq ki, sosial şəbəkələrdə Tovuz rayonu, Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbində müəllimə zinət əşyası alınması ilə bağlı yayılan görüntülər ciddi rezonans doğurub. Hadisədən sonra müəllimə sadəcə töhmət verilməsi isə ictimaiyyətdə birmənalı qarşılanmayıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO