Xəbər verdiyimiz kimi, Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası alması ilə bağlı görüntülər yayılıb və müəllimə Günel Məmmədovaya töhmət verilib.
Bizim.Media “Teleqraf”a istinadən xəbər verir ki, adıçəkilən müəllim də iddialara cavab verib.
O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu
valideynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib.
“Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim”, - deyə görüntüsü yayılan Günel Məmmədova deyib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:17 / 07.06.2025
“Hörmətsizlik etməmək üçün götürdüm” - Valideynlərin üzük aldığı müəllim
Hazırda oxunan: “Hörmətsizlik etməmək üçün götürdüm” - Valideynlərin üzük aldığı müəllim
Hazırda oxunan: “Hörmətsizlik etməmək üçün götürdüm” - Valideynlərin üzük aldığı müəllim
253587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.