İsti yay günlərində bədənimizin ən böyük tələbatı suya olur. Qızmar günəş şüalarında sərinləmək üçün soyuq içkilərə daha çox meyl edirik.
Bizim.Media xəbər verir ki, qastroenteroloq, dietoloq, tibb üzrə fəlsəfə doktoru İrina Berejneva yay mösümündə insanı sərinlədən, su balansını bərpa edən və orqanizmi təravətləndirən içkilər, eləcə də istidə nələrdən uzaq durmağın daha yaxşı olduğu barədə danışıb.
“Ən optimal seçim – adi içməli sudur, o, istənilən başqa içkidən daha yaxşı təravətləndirir,” – deyə Berejneva “Sputnik” radiosuna bildirib.
Ekspertin fikrincə, meyvə və ya giləmeyvə limonadı da dözülməz istiyə qarşı mübarizədə kömək edə bilər. Bundan əlavə, ayran kimi turş süd məhsulları yalnız susuzluğu yatırmaqla qalmır, həm də yüksək kalorililiyi səbəbindən yeməyi əvəz edə bilər.
Həkim bildirib ki, yay aylarında “Fanta”, “Coca-Cola” və bu kimi içkilər tövsiyə olunmur, çünki onlar daha da çox susuzluq yaradır. Bu içkilərdə yüksək miqdarda şəkər, boyalar və əlavələr var ki, bunlar da susuzluğun yatırılmasına fayda etmir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:22 / 07.06.2025
İsti yay günlərində sərinləmək üçün hansı İÇKİLƏR faydalıdır
Hazırda oxunan: İsti yay günlərində sərinləmək üçün hansı İÇKİLƏR faydalıdır
Hazırda oxunan: İsti yay günlərində sərinləmək üçün hansı İÇKİLƏR faydalıdır
253573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.