Koronavirusdan ölən qadının vəfatı beş il sonra qeydə alındı

Koronavirusdan ölən qadının vəfatı beş il sonra qeydə alındı

Hazırda oxunan: Koronavirusdan ölən qadının vəfatı beş il sonra qeydə alındı

253569

5 il əvvəl Bakıda vəfat edən Ağdam sakininin ölüm faktı qeydə alınıb. Belə ki, ərizəçi şəxsin həyat yoldaşı 2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda vəfat edib və Bakı şəhəri Suraxanı rayonu Koroğlu qəbiristanlığında dəfn olunub. Arvadının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət edib, arvadının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi bildirilib.

Bizim.Media trend-ə istinadən xəbər verir ki, mərhum 2020-ci ildə 44 günlük vətən müharibəsi ərəfəsində Bakı şəhərində COVID-19-dan vəfat edib.

Həmin vaxt ərizəçinin başı qarışdığından arvadının ölümünü qeyd etdirməyib. Hazırda ölümün qeydə alınması üçün faktın təsdiq olunması zərurəti yaranıb.

Ağdam rayon Məhkəməsinin qərarı ilə ərizə əsaslı olduğundan təmin edilib. Mərhumun 2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda xəstəlikdən vəfat etməsi faktı müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO