616 uşaq KÜÇƏLƏRDƏ – Deputatdan HƏYƏCAN TƏBİLİ

616 uşaq KÜÇƏLƏRDƏ – Deputatdan HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: 616 uşaq KÜÇƏLƏRDƏ – Deputatdan HƏYƏCAN TƏBİLİ

253539

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına əsasən, Azərbaycanda 616 uşaq və 354 valideyn dilənçiliklə məşğuldur. Bu acınacaqlı statistika cəmiyyətin gələcəyi hesab olunan uşaqların təhlükəli mühitlərdə böyüməsi riskini ortaya qoyur. Mütəxəssislər və hüquq müdafiəçiləri isə bu vəziyyətə qarşı təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, problemin əsas həlli yollarından biri uşaqların erkən yaşdan məcburi şəkildə təhsilə cəlb olunmasıdır:

“Bunun ən düzgün çıxış yolu ondan ibarətdir ki, uşaqlar məcburi qaydada bağçaya cəlb edilsin.

Heç olmasa 4-5 yaşında və sonra isə eyni qayda ilə məktəbə yönləndirilməlidir. Hazırda hər bir uşağın statistikası aparılır və bu rəqəmlər əsasında konkret tədbirlər görülməlidir”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, ailələrin sosial vəziyyəti də diqqət mərkəzində saxlanılmalı, valideynlərə dəstək mexanizmləri gücləndirilməlidir:

 “Dilənçiliyə cəlb olunan uşaqların çoxu təhsildən uzaq, küçə mühitində formalaşdığı üçün gələcəkdə də cəmiyyətə inteqrasiya problemi yaşayırlar”.

Aydın Hüseynov həmçinin əlavə edib ki, bu istiqamətdə aidiyyəti qurumların birgə fəaliyyətinin gücləndirilməsi, sosial reabilitasiya proqramlarının tətbiqi və hüquqi mexanizmlərin sərtləşdirilməsi mühüm rol oynaya bilər.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO