Şəki sakinini ilan sancıb. Hadisə rayonun Baltalı kənd sakini təsərrüfatda işləyərkən baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Baltalı kənd sakini 31 yaşlı Sadiq İsmayılzadəni ayağından ilan sancıb.
O, dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib, zərdab vurulub. Həlkimlər vəziyyətini qənaətbəxş hesab edir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu