"Gəncə darvazalarının köhnə yeri Gəncə çayının içərisindədir. Qala divarları elə tikilmişdi ki, çay oradan keçərək təbii müdafiə sistemi əmələ gətirirdi".
Bizim.Media xəbər verir ki, bunu tarixçi Bəxtiyar Məhərrəmov Gəncənin əzəmətli qala qapıları barədə “Baku TV”yə açıqlamasında söyləyib.
"Gəncə darvazalarının tarixi 1139-cu ildən başlayır. Şəhərdə zəlzələ baş verir. Bundan istifadə edən gürcü çarı I Demetri Gəncəyə hücum edir, əhali qarət edilir, eləcə də əsir götürülür. Eyni zamanda, Gəncə darvazalarından biri aparılır", - deyə o əlavə edib.
Tarixçi qeyd edib ki, həmin darvazanın bir hissəsi Gelati monastırının təmirində istifadə edilir, qalanı isə indiyə qədər saxlanılır.
Ətraflı videoda:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:07 / 07.06.2025
Məşhur Gelati monastırında saxlanılan Gəncə qapısı barədə maraqlı faktlar – VİDEO
Hazırda oxunan: Məşhur Gelati monastırında saxlanılan Gəncə qapısı barədə maraqlı faktlar – VİDEO
Hazırda oxunan: Məşhur Gelati monastırında saxlanılan Gəncə qapısı barədə maraqlı faktlar – VİDEO
253521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.