Beyləqanda 28 yaşlı qadın xəstəxanada vəfat edib.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, ötən gün rayonun Birinci Aşıqlı kənd sakini Lütviyyə Rübail qızı Paşayevanın şəkəri və təzyiqi qalxıb.
Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin apardığı müayinə və müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, L. Paşayeva ailəli və 4 uşaq anası olub. Lakin onun 2 övladı azyaşlı olarkən eyni xəstəlikdən həyatını itirib, digər bir övladı isə doğulduqdan sonra dünyasını dəyişib.
Mərhumun bir övladı qalıb, hazırda ikinci sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:54 / 07.06.2025
Üç övladından sonra özü də 28 yaşında VƏFAT ETDİ
Hazırda oxunan: Üç övladından sonra özü də 28 yaşında VƏFAT ETDİ
Hazırda oxunan: Üç övladından sonra özü də 28 yaşında VƏFAT ETDİ
253511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.