Bulvarda kəskin qoxu YAYILDI – Sakinlər narahatdır – VİDEO

Bulvarda kəskin qoxu YAYILDI – Sakinlər narahatdır – VİDEO

Hazırda oxunan: Bulvarda kəskin qoxu YAYILDI – Sakinlər narahatdır – VİDEO

253495

Yosunlar, lil və digər bioloji qalıqlar... Ətraf tullantılarla dolu, qarışıq qoxudan ərazidə ayaq saxlamaq mümkün deyil. Qumluq əraziləri isə alaq otu və qamışlıq basıb.

Bizim.Media “Xəzər TV”yə istinadən xəbər verir ki, yayılan görüntülər Bayraq Meydanının yaxınlığında, Xəzər dənizinin sahilboyu ərazilərində lentə alınıb. Dəniz suyunun çəkilməsi bu zonada ciddi şəkildə nəzərə çarpır.

Suyun geri çəkilməsi nəticəsində dəniz dibindəki çöküntülər üzə çıxıb və bu da sahil boyunca üfunətli qoxunun yayılmasına səbəb olub. Qoxu bulvarda gəzən şəhər sakinlərinin narahatlığına səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsindən verilən məlumata görə, Bakı buxtasının Ağ şəhər ərazisindən Dövlət Bayrağı Meydanınadək olan sahil zolağında neft ləkələri müşahidə olunur. Bu da ətraf mühitə yayılan qoxunun əsas səbəblərindən biri kimi göstərilir.

Aparılan monitorinqlər zamanı ərazidəki neft ləkələrinin tərkibini və çirklənmə səviyyəsini müəyyənləşdirmək məqsədilə həm dəniz suyundan, həm də çirklənmiş torpaqdan nümunələr götürülüb. Hazırda araşdırmalar davam etdirilir.

Daha ətraflı videoda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO