Alimlər antibiotiklərə davamlı bakteriyalara qarşı yüksək effektivlik göstərən "İnfuzid" adlı yeni sintetik preparat hazırlayıb.
Bizim.Media Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Amerika Mikrobiologiya Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, preparat xüsusilə qızılı stafilokokk və enterokokklar kimi təhlükəli bakteriyalara qarşı güclü təsir göstərib.
Tədqiqatlar göstərib ki, "İnfuzid" ənənəvi antibiotiklərdən daha sürətli və güclü təsir edir.
Linezolid antibiotiki ilə birlikdə tətbiqi zamanı təsiri daha da artır. Alimlər hesab edir ki, bu preparat bakterial koloniyaları dağıtmaqla yanaşı, antibiotik müqavimətinin qarşısını almağa da kömək edə bilər.
Hazırda "İnfuzid" yalnız qrammüsbət bakteriyalara qarşı təsirlidir, lakin təkmilləşdirilmiş versiyası üzərində işlər davam etdirilir. Klinik sınaqlar uğurla nəticələnərsə, bu birləşmə superbakteriyalara qarşı yeni mübarizə vasitəsinə çevrilə bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:02 / 06.06.2025
Antibiotiklərə davamlı bakteriyalara qarşı yeni preparat hazırlandı
Hazırda oxunan: Antibiotiklərə davamlı bakteriyalara qarşı yeni preparat hazırlandı
Hazırda oxunan: Antibiotiklərə davamlı bakteriyalara qarşı yeni preparat hazırlandı
253433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.