Hikmət Hacıyev: “Sosial media saxta xəbərləri böyüdür”

Hikmət Hacıyev: “Sosial media saxta xəbərləri böyüdür”

Hazırda oxunan: Hikmət Hacıyev: “Sosial media saxta xəbərləri böyüdür”

25342

“Sosial media saxta xəbərləri böyüdür. Süni intellekt bu problemi daha da artırır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən Virtual Dünyada Məlumat Çirkliliyi və Saxta Xəbərlər” adlı panel sessiyasında deyib.

Xatırladaq ki, bu gün Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev: “Ağdamda çox dəyişiklik var”


Tədbir iyunun 18-dən 20-dək davam edəcək. Bu gün, forumun birinci günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açılış nitqləri ilə çıxış ediblər.

Tədbirdə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak edirlər (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO