Bakıda insanları ən çox öldürən İLK ÜÇ XƏSTƏLİK

Bakıda insanları ən çox öldürən İLK ÜÇ XƏSTƏLİK

Hazırda oxunan: Bakıda insanları ən çox öldürən İLK ÜÇ XƏSTƏLİK

253401

Bakı şəhərində yaşayan əhalinin ölüm səbəbləri sırasında hansı əsas xəstəliklərin yer aldığı məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə “modern.az”a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
 

Ölüm səbəbləri sırasanda ilk yerdə yenitörəmələr (xərçəng şişləri) gəlir. Ölüm səbəbləri arasında 2-ci yer qan dövranı sisteminin (ürək-damar) xəstəliklərinə aiddir.


İlk "3-lük”də sinir sisteminin xəstəlikləri də yer alır.

Ümumiyyətlə paytaxtda yaşayan insanların ölümünə səbəb olan əsas xəstəliklər belə sıralanıb:

1. Yenitörəmələr (xərçəng şişləri)

2. Qan dövranı sisteminin (ürək-damar) xəstəlikləri

3. Sinir sisteminin xəstəlikləri

4. Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri

5. Həzm sisteminin xəstəlikləri

6. Tənəffüs sisteminin xəstəlikləri

7. Bəzi infeksion və parazitar xəstəliklər

8. Perinatal dövrdə meydana çıxan bəzi hallar

9. Sidik-cinsiyyət sisteminin xəstəlikləri

10. Klinik və laborator müayinələrdə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 14172 ölüm halı qeydə alınıb. Rəsmi statistikaya görə, bir il ərzində Bakıda 15 minə yazın ölüm halı baş verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO