Əhaliyə XƏBƏRDARLIQ edildi - 4 gün boyunca…

Əhaliyə XƏBƏRDARLIQ edildi - 4 gün boyunca…

Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ edildi - 4 gün boyunca…

253390

Bu gün və sabah Yer planetində maqnit qasırğalarının müşahidə olunacağı proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu yayıb.

Alimlərin açıqlamasına görə, qarşıdakı dörd gün ərzində geomaqnit fonunda ciddi dəyişikliklərin baş verməsi mümkündür.

Bildirilir ki, bu gün hazırda Yerdə gücü dörd bal olan zəif maqnit qasırğası qeydə alınıb.
 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə hava şəraiti meteohəssas insanlar üçün müəyyən narahatlıqlara səbəb ola bilər. Bu dövrdə ən çox rast gəlinən şikayətlər sırasında baş ağrıları üstünlük təşkil edir. Eyni zamanda, qan təzyiqində kəskin dalğalanmalar, başgicəllənmə, ürək ritminin sürətlənməsi və tənəffüs problemləri də meydana çıxa bilər.


Maqnit qasırğaları həmçinin yuxu rejimini poza, yuxusuzluq yarada bilər. Belə günlərdə insanlar daha əsəbi, narahat və tez yorğun hiss edirlər. Bundan əlavə, oynaq və sümük ağrıları da artan şikayətlər sırasındadır. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO