Gəncədə Uşaq xəstəxanasında 2 yaşlı körpənin ölümü ilə bağlı rəsmi açıqlama verilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 05.06.2025-ci il tarixində saat 12:10 radələrində 2023-cü il təvəllüdlü şəxs (kişi cinsli) aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
MÖVZU İLƏ BAĞLI:
Gəncədə FACİƏ – 2 yaşlı uşaq həyatını itirdi
"Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50 radələrində ölüm faktı qeydə alınıb" deyə xəstəxanadan bildiriblər.
Qeyd edək ki, Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin göstərdikləri bütün tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu