"Belousov Putinin növbəti kuklasıdır" - Britaniyanın müdafiə naziri 

Hazırda oxunan: "Belousov Putinin növbəti kuklasıdır" - Britaniyanın müdafiə naziri 

253342

Rusiyanın gələcək müdafiə naziri Andrey Belousov Vladimir Putinin növbəti “kuklasıdır”. 

 

Sfera.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps mayın 12-də Rusiya hökumətində yenidəntəşkil proseslərini şərh edərkən deyib.

 

"Rusiyaya bu fəlakəti düzəltmək və işğalı dayandırmaq üçün müdafiə naziri lazımdır, lakin onların əldə edəcəyi yeganə şey Putinin başqa bir kuklasıdır", - Şaps sosial mediada yazıb.

 

O qeyd edib ki, Şoyqu Ukrayna müharibəsində 355 mindən çox rus əsgərinin itkisinin və Rusiya Federasiyasının qanunsuz işğalı nəticəsində mülki əhalinin kütləvi iztirab çəkdiyinin şahidi olub.

 

Xatırladaq ki, Sergey Şoyqu Rusiyanın müdafiə naziri postundan azad edilərək Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi təyin edilib.

 

Əzizə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO