Bakı metrosunun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli yubanma olub.
Bizim.Media xəbər verir ki, bu barədə report-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
"Hərəkətdə olan qatarın maşinist kabinasında qapıların işarəvermə qurğusu işə düşüb. Maşinist baxış keçirib. Hər hansı bir problem aşkarlanmayıb. Lakin növbəti mənzildə problem təkrarlanıb. Maşinist dispetçerə məlumat verməklə sərnişinləri düşürüb. Qatara sərnişinsiz olmaqla baxış keçirilib", - B.Məmmədov deyib.
Onun sözlərinə görə, baxış keçirilmə vaxtında xətdə qısamüddətli yubanma yaranması qaçılmaz olub. Lakin operativ olaraq xəttə ehtiyat qatar verilib və interval bərpa olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:13 / 06.06.2025
Metronun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli YUBANMA OLDU
Hazırda oxunan: Metronun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli YUBANMA OLDU
Hazırda oxunan: Metronun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli YUBANMA OLDU
253312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.