Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Həziabad kənd sakini, 1984-cü il təvəllüdlü Qənbər Yusubov döyülmə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bizim.Media-nın yerlli bürosu xəbər verir ki, hadisə Masallı rayonunun Alvadı kəndində keçirilən toy məclisindən sonra baş verib.
Mərhumun yaxınlarının sözlərinə görə, Qənbər Yusubov həmkəndlisi olan iki qardaşla mübahisə zamanı döyülüb. Tərəflərin hadisə zamanı içkili olduqları bildirilir.
Hadisə mayın 28-də baş verib. Yaralı vəziyyətdə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Yusubov, daha sonra müalicədən imtina edərək evə qayıdıb. Bir neçə gün sonra vəziyyəti ağırlaşan şəxs iyunun 5-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada vəfat edib.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat zamanı Həziabad kənd sakini, 22 yaşlı Babək Şahmarov şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.
Qeyd edək ki, mərhum Qənbər Yusubov muzdlu işlərlə məşğul olurdu. Onun ailəli olduğu və iki azyaşlı övladının qaldığı bildirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
23:29 / 05.06.2025
Cəlilabadda 41 yaşlı kişinin ölümünə səbəb olan hadisənin TƏFƏRRÜATLARI - VİDEO
Hazırda oxunan: Cəlilabadda 41 yaşlı kişinin ölümünə səbəb olan hadisənin TƏFƏRRÜATLARI - VİDEO
Hazırda oxunan: Cəlilabadda 41 yaşlı kişinin ölümünə səbəb olan hadisənin TƏFƏRRÜATLARI - VİDEO
253308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.