Gənclər sosial təsir üçün YARIŞDI - Trendyol və PAŞA Holding-dən ideya marafonu - FOTO

Gənclər sosial təsir üçün YARIŞDI - Trendyol və PAŞA Holding-dən ideya marafonu - FOTO

Hazırda oxunan: Gənclər sosial təsir üçün YARIŞDI - Trendyol və PAŞA Holding-dən ideya marafonu - FOTO

253300

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol, PAŞA Holding ilə birlikdə “Sosial təsir üçün Hakaton” (“Hack for social impact”) adlı rəqəmsal ideya marafonu (ideyaton) təşkil edib.

Bizim.Media xəbər verir ki, tədbir PAŞA Holding-in “Əlaçı” təqaüd proqramının 100-ə yaxın məzununu bir araya gətirib.

Təşəbbüsün məqsədi sosialyönümlü fəaliyyəti təşviq etmək, sosial təsir yaradan rəqəmsal həllərin formalaşmasına şərait yaratmaq, inklüzivliyin təmin olunmasına dəstək vermək, sosial və ekoloji maarifləndirmə aparmaq idi.
 

Marafona qatılan komandalar müxtəlif sahələri əhatə edən və xüsusilə həssas əhali qruplarının həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyan innovativ ideyalar üzərində çalışıb, sosial məsələlərə yaradıcı və texnoloji əsaslı həll yolları axtarıblar.


Tədbirin sonunda daha innovativ və sosial təsir gücü böyük olan ideyalar mükafatlandırılıb. I yerə əlilliyi olan şəxslərin şəhər daxilində təhlükəsiz və müstəqil hərəkətini asanlaşdıran “YoldAIq” adlı ağıllı mobil tətbiq layihəsi ilə “SocioSapiens” komandası layiq görülüb. II yeri “Mindsbridge” komandası məişət zorakılığına məruz qalan qadınlara psixoloji yardım və reabilitasiya dəstəyi təklif edən “SƏS” platforması ideyası ilə qazanıb. III yeri isə “QayğıBot”- yaşlı və sosial baxımdan təcrid olunmuş şəxsləri dəstəkləmək məqsədi daşıyan innovativ layihə ilə“Thundersbolt” komandası tutub.

İdeya marafonunda qalib komandalar Trendyol tərəfindən təltif olunublar.

Trendyol fəaliyyət göstərdiyi ölkələrdə dayanıqlılıq və sosial təsir proqramları ilə cəmiyyətə töhfə verir. PAŞA Holding-in korporativ sosial məsuliyyət (KSM) strategiyasında təhsil mövzusu mühüm yer tutur. Trendyol və PAŞA Holding birlikdə bu istiqamətdə müxtəlif layihələr həyata keçirirlər.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO