“Drandulet” avtobuslar nə vaxt xəttdən YIĞIŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

“Drandulet” avtobuslar nə vaxt xəttdən YIĞIŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: “Drandulet” avtobuslar nə vaxt xəttdən YIĞIŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

25330

Azərbayycanda avtobus parkının yenilənməsi tədbirləri aparılsa da, Bakıətrafı qəsəbələrdəki xəttlərdə hələ də istismara yararsız avtobuslar var. Xüsusilə  paytaxtın Hövsan, Maştağa, Bilgəh, Buzovna, Zaqulba, Sabunçu, Zabrat, Qaraçuxur və Bakıxanov qəsəbələrində problemli xəttlərlə bağlı şikayətlərin ardı-arası kəsilmir. Hələ də yeni avtobusların ətraf qəsəbələrə verilməməsi ictimaiyyətdə ayrıseçkilik kimi qəbul olunur. 

Bakı Nəqliyyat Agentliyi bir müddət əvvəl problemin bu ilin ilk 3 ayında tamamilə həll olunacağını bildirsə də, reallıq dəyişməyib. 

Bəs, Bakıətrafı qəsəbə sakinləri nə zaman “ağ gün”ə çıxacaqlar?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında hazırda bu istiqamətdə işlərin görüldüyünü deyib:

“Əsas problem sərnişindaşımanın keyfiyyət və təhlükəsizlik baxımından tələbləri daha müasir səviyyəyə yüksəltmək üçün ətraf qəsəbələr üzrə aparılan müşahidələrdir. Şəhər ətrafı qəsəbələr üzrə 95 marşurut xətti fəaliyyət göstərir. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, 2020-ci ildə ətraf kənd və qəsəbələr üzrə 7 yeni marşurut xətti  təşkil edilib. Bunlardan 4-ü müntəzəm, 3-ü isə ekspres marçurut xətti olub. Eyni zamanda ekspres xətlərə 80-ə qədər avtobus cəlb olunub və gündəlik orta hesabla 18 min sərnişinin rahat şəkildə gediş-gəlişi təmin olunub. Amma 5 il ərzində ətraf qəsəbələrdə 15-17 marşurut xətti təşkil edilib. Görülən işlərlə yanaşı bəli, srnişindaşıma və avtobusların texniki baxışı ilə bağlı vəziyyət qənaətbəxş deyil”.

Qurum rəsmisi avtobus parkının yenilənməsi ilə bağlı ölkə başçısının müvafiq sərəncamı çərçivəsində yeni avtobusların alınıb gətirildiyini vurğulayıb:
 

“2020-ci ildə 115 yeni avtobus alınıb. Onlardan 35-i 9 metrlik avtobuslardır. Bu il üçün “BMC Otomativ Sənaye və Ticarət” şirkəti ilə daha 320 avtobusun alınması ilə bağlı müqavilə imzalanıb. Həmin avtobusların da 170 ədədi 9 metrlik orta tutumlu avtobuslardır.


Bu tip avtobusların alınma məqsədi cənab prezidentin tapşırığına uyğun olaraq Bakıətrafı kənd və qəsəbələr istiqamətində sərnişindaşımanın vəziyyətini yaxşılaşdırmaq, onlara həm təhlükəsizlik, həm də müasir tələblərə uyğun xidmət göstərməkdir. Daşıyıcılar qarşısında da məsələ qaldırmışıq. Dəfələrlə onlara yazılı və şifahi xəbərdarlıqlar etmişik. Eyni zamanda görüşlər keçirilib ki, avtobus parkını yeniləsinlər, yeni avtobus alıb gətirsinlər. Hətta  son 5 il ərzində bunun üçün sahibkarlar qarşısında əlverişli biznes mühiti də yaradılıb. Əsas tapşırıq o olub ki, yaranmış vəziyyətdən istifadə edib, avtobus parkını təzələsinlər. Təssüf ki, real vəziyyət odur ki, yenilənmə yoxdur. Yenə də dövlət vətəndaşların təhlükəsizliyini nəzərə alıb, özü avtobus gətirir”. 

Mais Ağayevin sözlərinə görə avtobusların ölkəyə gətirilməsi prosesi bir qədər ağır getsə də, indi vəziyyət müsbətə doğru dəyişir:

“Məsələn, biz avtobusların alınması ilə bağlı ötən ildən danışıqlar aparsaq da, avtobusların Bakıya çatdırılmasında pandemiyadan irəli gələn çətinlikər yaranmışdı. Hesab edirik ki, qarşıdakı müddətdə bu avtobuslar Bakıya çatdırılacaq və tezliklə sərnişinlərin istismarına veriləcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO