Bu il ilk dəfə olaraq Cəbrayılda qurbanlıq kəsimlər üçün çadırlar qurulacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Məlumat verilib ki, iyunun 6-7-də yəni Qurban bayramı günlərində Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) səyyar laboratoriyaları fəaliyyət göstərəcək.
Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub.
Məlumata əsasən, qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Bizim.Media